13.11.2019 [10:00] - Hərb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qisimləri “Həyəcan” siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib. Müşavirədə əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti barədə brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları haqqında məruzələr dinlənilib.
Müxtəlif qoşun növlərinin əməliyyatların planlaşdırılması qruplarında olan Müdafiə naziri qoşunlara, bölmələrə qərarların və döyüş tapşırıqlarının çatdırılması üzrə müvafiq göstərişlər verib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |