Şrift:
Millət vəkili Fərəc Quliyev: " Azərbaycan Konstitusiyası bütün beynəlxalq konvensiyalara uyğunlaşdırılıb"
13.11.2019 [10:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Konstitusiya dövlətimizin davamlı və stabil inkişafını təmin edən ən üstün normativ hüquqi aktdır. Eyni zamanda Konstitusiya Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyünün qorunması, demokratik, dünyəvi dövlətin qurulması, iqtisadi-sosial qaydalara uyğun, hamının layiqli həyat səviyyəsini təmin etmək istiqamətində, məqsədyönlü strateji kursun həyata keçməsinə şərait yaradan hüquqi sənəddir.

Bununla bağlı Sonxeber.az- a danışan millət vəkili Fərəc Quliyev bildirib ki, cəmiyyət və dövlətlərin idarə edilməsində tarixən hansısa hüququ sənədə ehtiyac olub. O, bu gün dövlətimizin bu ehtiyacının məhz ölkəmizdə mövcud Konstitusiya sənədi ilə tənzimləndiyini açıqlayıb
:


"Mən əvvala xalqımızı Konstitusiya günü münasibəti ilə təbrik edirəm. Cəmiyyətlərdən tutmuş böyük dövlətlərə qədər hər bir sistem və cəmiyyətin idarə edilməsi üçün qaydalar olmalıdır. Bu qaydalar sisemində Azərbaycan Konstitusiyası da illər ərzində püxtələşmiş, formalaşmış və oturuşmuş Konstitusiya olaraq vardır. Hesab edirəm ki, bizim əsas vəzifəmiz onun müddəalarına əməl etməkdir. Biz ölkəmizin 20 faiz ərazisini itirmişik və bu o deməkdir ki, suverenliyimizin 20 faizi əlimizdə deyil. Düşünürəm ki, bizim Konstitusiyaya hörmət olaraq əhalimiz bu kəsri aradan qaldırmaq üçün hazır olmalıdır, yəni daxildə birlik olmalıdır".
Deputat qeyd edib ki, əgər xarici dövlətlər sivil quruluş və dövlətlər istəyirlərsə, onda Azərbaycan Konstitusiyasına da hörmət etməyi bacarmalıdırlar. Çünki, Azərbaycan Konstitusiyası bütün beynəlxalq konvensiyalara uyğunlaşdırılmışdır:
"Azərbaycan BMT- yə daxil olanda bütün dövlətlər, eləcə də Təhlükəsizlik Şurasının 5 üzvü və ATƏT-in Minsk qrupunun 3 üzvü Azərbaycanın ərazi bötövlüyünü tanıyıb. Bizim bu hüququmuzun təmin edilməsi üçün beynəlxalq konvensiyalara əməl olunmalıdır. Mən fürsətdən istifadə edib həm də, Konstitusiyamızla bağlı sizin vasitənizlə əhaliyə və beynəlxalq qurumlara çatdırmaq istəyirəm ki, bu qanunun verdiyi hüquqlar var. Yəni, bizim hüquqlarımız var. Hüquqlarımızın təmin olunması üçün belə qurumlar özlərinin qəbul etdiyi qərarlara hörmət etməlidir".
Millət vəkili həmçinin qeyd edib ki, Prezident bu gün Konstitsuyanın qarantı kimi çıxış edir:
"Milli iradəni ifadə etmək üçün qurum lazımdır. Prezident olan dövlətlərdə bu iradəni təbii ki, dövlət başçısı ifadə edir. Parlamentli ölkələrdə bunu parlament rəhbərliyi ifadə edir. Prezidentə xalq tərəfindən etimad göstərilirsə, xalq da Prezidentə öz milli iradəsini ifadə etməyi veribsə bu Konstitusyon hüquq sayılır".

Şəlalə Babayeva
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed