Şrift:
Azərbaycan karateçiləri Belçikada 2 medal qazanıblar
13.11.2019 [10:25] - İdman
Azərbaycan karateçiləri Belçikanın Lyej şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.
Təmsilçilərimiz Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov dəvətə əsasən turniri idarə edən hakimlər arasında olublar. Belçikada müxtəlif yaşlı karateçilər arasında təşkil edilən bu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed