Şrift:
Türkiyənin cənub-şərqində hərbi hissəyə hücum edən terrorçulara qarşı keçirilən əməliyyatlarda öldürülən terrorçuların sayı 50-yə çatıb
08.09.2012 [12:01] - Xəbərlər, Hərb
Sentyabrın 2-də Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Beytüşşebap qəsəbəsindəki hərbi hissəyə hücum edərək 10 əsgəri öldürən PKK terrorçularına qarşı aparılan əməliyyat davam edir.“Sabah” qəzetinin verdiyi məlumata görə, Kato dağında aparılan əməliyyat zamanı 30 nəfərlik terrorçu qrupun bir mağarada gizləndiyi müəyyənləşib. Mağaraya hərbi təyyarə ve hərbi helikopterlər vasitısilə zərbələr endirilib. Mağaradakı 30 terrorçunun hamısı öldürülüb. Xatırladaq ki, Beytüşşebapda baş verən döyüşdə də 20 terrorçu məhv edilmişdi. Beləliklə, hərbi hissəyə hücum edən terrorçulardan 50-si zərərsizləşdirilib. Əməliyyat davam edir.
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed