Şrift:
Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası açıqlanıb
13.11.2019 [10:31] - İdman
Noyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası açıqlanıb. Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, ilk onbirliyə “Qəbələ”dən 8, “Neftçi”, “Keşlə” və “Sumqayıt”dan isə hərəyə bir futbolçusu düşüb.
Rəmzi komandada Yusif Nəbiyev (“Qəbələ”), Anton Krivotsyuk (“Neftçi”), Franko Flores (“Keşlə”), Qismət Alıyev (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Merab Qiqauri (“Qəbələ”), Fernan Lopez (“Qəbələ”), Roman Hüseynov (“Qəbələ”), Davit Volkov (“Qəbələ”) və Əmir Ağayev (“Sumqayıt”) yer alıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed