13.11.2019 [13:33] - Borçalı
Marneuli şəhərinin Qaçağan kəndində ilin sonuna qədər yeni icma mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə naziri Tea Tsulukiani kənddə yeni icma mərkəzinin tikintisi ilə tanış olub.
Nazir deyib ki, etnik azlıqların yaşadığı böyük kəndlərdə icma mərkəzlərinin tikilməsi Gürcüstan hökuməti üçün prioritet məsələdir.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, icma mərkəzi Qaçağan və ona bitişik Təkəli, Xancığazlı, Qasımlı, Ağammədli, Ulaşlı və Kirəç Muğanlı kəndlərində yaşayan 20 minə qədər sakinə xidmət göstərəcək. Yerli sakinlər 200-dən çox dövlət və özəl sektor xidmətlərindən evlərinə ən yaxın ərazidə faydalana biləcəklər. Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş kitabxana da olacaq. Mərkəzin inşası BMT-nin İnkişaf Proqramının dəstəyi və İsveçrə və Avstriya hökumətlərinin yardımı ilə həyata keçirilir. Xatırladaq ki, İcma Mərkəzinin inşasına bu ilin iyun ayında başlanılıb.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |