Şrift:
Türkiyəli yazıçı Yaqub Öməroğlunun kitabı Azərbaycanda nəşr olunub
15.11.2019 [10:23] - Mədəniyyət
Avrasiya Yazarlar Birliyinin sədri, türkiyəli yazıçı Yaqub Öməroğlunun kitabı Azərbaycan dilində çap olunub. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə "Qanun" nəşriyyatında işıq üzü görən "İki çinar" adlı kitabda müəllifin müxtəlif vaxtlarda yazdığı hekayələri toplanıb. Sadə insanın ağrılarını, hiss və həyəcanlarını axıcı təhkiyəylə qələmə alan müəllif, bu hekayələrdə yalnız öz ölkəsindəki deyil, ümumilikdə bəşəri problemlərə toxunur.
"İki çinar" Yaqub Öməroğlunun Azərbaycanda işıq üzü görən ilk kitabıdır. Kitabın Ön sözünün müəllifi yazıçı, dramaturq və ədəbiyyatşünas Pərvin, redaktoru yazıçı, jurnalist Şahanə Müşfiqdir. Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Təranə Vahid, Afaq Şıxlı, Narıngül, Şahanə Müşfiq və Cavid Qədir çeviriblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed