Şrift:
Avropa kuboku: “Odlar Yurdu” Sloveniya şahmatçılarına qalib gəlib
15.11.2019 [10:36] - İdman
Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun beşinci turunun oyunları keçirilib. “Odlar Yurdu” komandası Sloveniyanın “Maribor” yığmasına 3,5:0,5 hesabla qalib gəlib. “Vüqar Həşimov” klubu isə İtaliyanın “Obieivo Risarcimento Padova” komandasına 2:4 hesabla məğlub olub. Beş turun nəticəsinə görə, “Vüqar Həşimov” klubunun 8, “Odlar Yurdu” komandasının 6 xalı var.
Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının tərkibində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed