Şrift:
Marneulidə "Eyni Səma altında - Mədəniyyətlərin Dialoqu" multietnik incəsənət festivalı keçirilib
18.11.2019 [23:02] - Borçalı
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin təşəbbüsü və təşkilatçılığı, Marneuli Munisipalitetinin Meriyasının və Marneuli Mədəniyyət Mərkəzinin dəstəyi ilə - Marneuli şəhərinin Mədəniyyət evində "Eyni Səma altında - Mədəniyyətlərin Dialoqu" adlı incəsənət festivalı keçirilib. Festivalda, müxtəlif bölgələrdən olan iştirakçılar folklor və ənənəvi nömrələr ilə çıxış ediblər.
Qeyd edək ki festival, mədəniyyətlərarası dialoqun inkişafı və etnik azlıqların mədəniyyət sahəsində fəal iştirak etməkləri üçün mühüm əhəmiyyət kəsb edir. Festival 2009-cu ildən bəri Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Aparatının təşəbbüsü, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosiasiyasının dəstəyi ilə, ildə iki dəfə müxtəlif bölgələrdə keçirilir. Baş tutan tədbirdə, Dövlət nazirinin müavini - Lia Qiqauri, Marneuli Munisipalitetinin meri - Zaur Darğallı və digər qonaqlar iştirak ediblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed