Şrift:
Gənclər təşkilatının regionlarda “Bullinq”ə qarşı maarifləndirmə kampaniyası
19.11.2019 [11:56] - Gənclik
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) və UNİSEF-in birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində mərkəzin Aran regional ofisinin əməkdaşları tərəfindən Şirvan şəhərində məktəblilər arasında “Bullinq” mövzusunda maarifləndirici tədbirlərə start verilib.
GTM-dən bildiriblər ki, regional ofisin rəhbəri Yusif Poladov tədbirlərin əsas məqsədinin ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması olduğunu vurğulayıb. Bir ay davam edəcək kampaniya çərçivəsində mərkəzin əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə təqdimatlar nümayiş etdiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed