20.11.2019 [11:37] - Hərb
Bunu hərbi ekspert Abuzər Əbilov türk ordusunun başının Suriyada antiterror əməliyyatlarına qatıldığı bir vaxtda Naxçıvana hücum edərək zəbt etməyin əsl vaxtının olduğu barədə son zamanlar Ermənistan mətbuatında yayılan fikirlərə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi ara-sıra absurd bəyanatlar verməklə ictimaiyyətin diqqətini bu ölkədə hökm sürən ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədini güdür. “O ki qaldı, erməni tərəfinin Suriya məsələsindən istifadə edib, Naxçıvana hücum edərək zəbt etməklə bağlı səsləndirdiyi fikirlərə, qeyd etməliyəm ki, əslində, bu, Ermənistan rəhbərliyinin dövlətimizin başçısı İlham Əliyevin dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən ordumuzun Naxçıvan istiqamətində mövqelərinin möhkəmləndirilməsi məsələsinin müzakirəsindən irəli gələn narahatlıqların təzahürüdür.
İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi yaxşı bilir ki, son zamanlar ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Ordusunun digər bölmələri ilə yanaşı, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu da ən yeni, müasir silah və hərbi texnika ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun sərəncamında olan silahlar Ermənistan, xüsusilə də Yerevan ərazisində olan istənilən dövlət və strateji əhəmiyyətli, o cümlədən hərbi təyinatlı obyektlərin yüksək dəqiqliklə məhv edilməsinə imkan verir. Erməni tərəfi bilməlidir ki, bugünkü Azərbaycan Ordusu nəinki Naxçıvanı müdafiə etməyə, hətta Zəngəzuru və bu gün Ermənistan ərazisində yerləşən digər işğal olunmuş torpaqlarımızı da azad etməyə qadirdir. Günnüt əməliyyatı zamanı əldə edilən nailiyyətlər bir daha əyani şəkildə sübut etdi ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvan istiqamətində istənilən əməliyyatı ən yüksək səviyyədə həyata keçirə bilər. Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, Günnüt əməliyyatından sonra bölmələrimiz bu ölkənin hansı ərazilərinə və strateji əhəmiyyətli magistral xətlərinə nəzarəti ələ keçirib. Bu baxımdan onların narahatlıqları anlaşılandır”, - deyə hərbi ekspert bildirib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |