10.09.2012 [10:50] - Gündəm, Mədəniyyət
Azərbaycanın telekommunikasiya peyki "Azerspace-1" noyabrda Kujru kosmodromuna çatdırılacaq. Bu barədə şənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, peykin orbitə buraxılması 2013-cü il yanvarın sonu - fevralın əvvəllərinə planlaşdırılıb.
Peykin əsas idarəetmə mərkəzi noyabrın sonlarında istismara tam hazır olacaq. Mərkəz Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşəcək.
Mərkəz yaxın vaxtlarda istismara veriləcək.
Mərkəzin tikintisi ümumi dəyəri 250 milyon dollar olan "Azerspace-1" ilk telekommunikasiya peyki layihəsinə daxil edilib.
Peykin orbitə buraxılması ilə Fransanın "Arianspace" şirkəti məşğul olur.

Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |