21.11.2019 [09:39] - İdman
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2020-ci ilin futbol üzrə Avropa çempionatının final hissəsinin püşkatması səbətlərinin tərkibini təsdiq edib. Bu barədə məlumatı UEFA-nın mətbuat xidməti yayıb. Rusiya və Danimarka yığmaları turnirin ev sahibləri olaraq avtomatik olaraq çempionatın “B” qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat turnirinin yekunlarına əsasən yığmaların reytinqi əsasında müəyyən olunub. Belçika yığması (belçikalılar təsnifatın bütün matçlarında qalib gəliblər) İtaliya, İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Ukrayna Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna yığmaları püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya yığması ilə bir qrupa düşəcək.
İkinci səbətdə Rusiya yığması ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland komandaları təmsil olunublar. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya komandaları daxil olub. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.
Avropa çempionatının qrup mərhələsinin püşkatması noyabrın 30-da Buxarestdə keçiriləcək. Avropa çempionatının 60 illik yubileyi münasibətilə matçlar Avropanın 12 şəhərində, o cümlədən Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. Turnirdə 24 komanda altı qrupda mübarizə aparacaq. Öz qrupunda ilk iki yeri tutan komandalar, habelə üçüncü yerləri tutmuş dörd ən yaxşı komanda 1/8 finala çıxacaqlar.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |