21.11.2019 [10:34] - Hadisə
Göyçay şəhər 9 saylı tam orta məktəbdə “Narkomaniyasız sağlam həyat” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotik vasitələrdən bir neçə dəfə istifadənin asılılığa səbəb olduğunu, daha sonra narkotik aludəçilərinin böyük problemlərlə qarşılaşdıqlarını bildirib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan mübarizə tədbirləri barəsində məktəblilərə geniş məlumat verib.
Gənclərə, həmçinin dini radikalizmin hansı fəsadlar törətdiyi də izah olunub. Bu fəsadların qarşısını almaq üçün əsas dayanıqlı metodun dini maarifləndirmə olduğu bildirilib. Gənclərin radikal dini qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmalı olduğu vurğulanıb. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |