Şrift:
“Bu yolun son stansiyası” ekranalaşdırılır
21.11.2019 [12:20] - Borçalı
Təşkilatçılar tərəfindən təxirə salınmış “Bu yolun son stansiyası” tamaşası 24 noyabr tarixində saat 16:00-da tamaşaçılara təqdim olunacaq. Bu haqda məlumat "Era Teatrı"-nın rəsmi “Facebook” səhifəsində paylaşılıb. Tamaşanın təxirə salınma səbəbi ilə bağlı təşkilati işlərlə məşğul olan Camal Məmmədovla əlaqə saxladıq. O, bizimlə daha sonra əlaqə saxlayacağını bildirdi. Daha sonra isə çoxsaylı cəhdlərimizə baxmayaraq onunla əlaqə saxlaya bilmədik.
Xatırladaq ki, “Bu yolun son stansiyası” adlı tamaşa ilk dəfə 24 yanvar tarixində Tbilisi şəhərində, daha sonra Batumi, Qardabani, Marneuli və Bolnisi rayonlarında tamaşaçıların ixtiyarına verilmişdi. Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur. Onu da əlavə edə ki, 24 noyabrda Marneulidə nümayiş olunacaq tamaşa əvvəllər Azərbaycan dilində səhnələşdirilmişdi, indi isə Gürcü dilində olacaq və giriş pulsuzdur. Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğlu verdi. A. Rafiqoğlunun dediyinə görə, tamaşa Marneulinin majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naverianinin dəstəyi ilə baş tutacaq.
“Tamaşa Marneulidə ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulmuşdu. İndi isə gürcü dilində olacaq. Hər kəsi tamaşamızı izləməyə dəvət edirik və gəlib bizim hazırladığımız tamaşanı izləyə bilərlər. Onu da deyim ki, bizim “Era Teatrı” etnik teatr deyil. Bizim teatrda azərbaycanlı aktyorlarla yanaş gürcü aktyorlar da yer alır və biz etnik teatr kimi fəaliyyət göstərmirik”, – Anar Rafiqoğlu dedi.
Anar Rafiqoğlu onu da qeyd etdi ki, yaxın vaxtlarda “Bu yolun son stansiyası” tamaşasının Qardabani rayonunda da təkrar səhnəyə qoyulmasını planlaşdırırlar və bu dəfə tamaşa gürcü dilində olacaq. Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Salome Marakvelidze və Mati İskəndərova.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed