Şrift:
Marneulidə Türk Döyüş Sənətinə maraq artıb
21.11.2019 [12:26] - Borçalı
Bu haqda Marneulili idman mütəxəssisi və məşqçi Faiq Məmmədov dedi. Onun sözlərinə görə, o 2010-cu ildən "Sayokan" döyüş növünün məşqlərinə başlayıb. Döyüş sənətini mənimsəmək üçün o, üç il məşqlər keçib və daha sonra "Sayokan" federasiyasının üzvü olub. Məmmədov deyir ki, türk xalqları bir çox döyüş növləri yaradıb. Buna görə də o, yeni döyüş sənətinin yaratmaq fikrinə düşüb.
"Türk döyüş sənətinin öyrənmək üçün özümdə bir sıra araşdırmalar apardım. Məlumatlar topladım, tarixi kitablar oxudum. Bundan sonra baxdım ki, "Alpaqut" Turan döyüş sənəti və "Sayokan" Türk döyüş sənətləri var. Amma "Türk Hərbi Döyüş Sənəti" yoxdur və buna görə də bu cür döyüş sənətinin yaratmağı düşündüm. Hətta devizin adını da "Türk Hərbi Döyüş Sənəti" qoydum. Döyüş sənətini yaratmaq üçün 2013-cü ildən çalışmağa başladım. Demək olar ki, 70% istəyimə nail olmuşam və bu döyüş sənətinin yaradılması ideyası isə tamamən mənə məxsusdur" - Faiq Məmmədov bildirdi.
O, onu da əlavə etdi ki, hətta idman növünün geyimlərini də hazırlayıb və geyimlər əsgər formasına bənzəyir. Deviz olaraq başlatdığı "Türk Hərbi Döyüş Sənəti"nin dəqiq adının nə olacağını bilməyən məşqçi, bir neçə ad üzərində fikirləşdiyini bildirdi.
Məmmədov məlumat üçün onu da bildirdi ki, rəsmi olaraq ad qoyandan sonra federasiyanı yaradacaq və ictimaiyyətə daha geniş məlumat verəcək.
Xatırladaq ki, Faiq Məmmədov Gürcüstan "SAYOKAN" Federasiyasının prezidenti və Gürcüstan "MUAYTAY" və "SAVATE" federasiyalarının vitse-prezidentidir. Həmçinin yaxın günlərdə o, "SUDO" döyüş növü üzrə Gürcüstan təmsilçisi adına da layiq görülüb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed