Şrift:
“Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
22.11.2019 [09:45] - İdman
Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edəcək. Yarışın birinci günündə kişilər arasında onaltıdabir finalda Kəramət Hüseynov (60 kq) Belarus təmsilçisi Yanislav Gerçev, Davud Məmmədsoy isə italiyalı Elios Manzi ilə qarşılaşacaqlar. Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə Naton Börns (İrlandiya) - Beslan Muradov (Rusiya) cütünün qalibi, Orxan Səfərov isə otuzikidəbir finalda Jülyen Fraskador ilə (Kanada) qarşılaşacaqlar.
Qadınların yarışında isə onaltıdabir finalda 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva Edna Karrillo (İtaliya), Aişə Qurbanlı Harriet Bonfeys (Malavi), 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə Kristina Blanaru (Moldova) ilə mübarizə aparacaqlar.
“Böyük dəbilqə” turnirinin ikinci günündə onaltıdabir finalda qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) yaponiyalı Tsukasa Yoşida, İçinxorloo Munxtsedev isə Po Sum Leunqu (Honkonq) ilə üz-üzə gələcəklər. Kişilərin mübarizəsində isə Murad Fətiyev (81 kq) otuzikidəbir finalda Vladimir Zoloyev (Qırğızıstan) ilə qarşılaşacaq.
Turnirin sonuncu günündə onaltıdabir finalda 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi, 100 kiloqram çəki dərəcəsində isə Elmar Qasımov Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün qalibini sınağa çəkəcək. Zelim Kotsoyev otuzikidəbir finalda Karl-Riçard Freylə (Almaniya) qarşılaşacaq. Qeyd edək ki, komandamızın heyətinə əvvəl Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) daxil edilsə də, sonradan heyətdən çıxarılıblar. “Böyük dəbilqə” turnirində 87 ölkədən 486 idmançı mübarizə aparacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed