Şrift:
Narkotik vasitələrin satışı ilə məşğul olan şəbəkə üzvləri həbs ediliblər
25.11.2019 [09:40] - Hadisə
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər. DİN-in mətbuat xidmətindən bildiriblər ki, Abşeron rayonunun Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş qəsəbə sakini Mahir Səmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 2,283 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin və 2,250 qram metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq, M.Səmədovun Masazır qəsəbəsindəki evindən əlavə 52,666 qram heroin və 51,760 qram metamfetamin, həmçinin bir elektron tərəzi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları “Hacı” adlı şəxsdən aldığını bildirib. Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində narkotik vasitəni və psixotrop maddələri Mahir Səmədova satmaqda şübhəli bilinən Cəlilabad rayonu Ocaqlı kənd sakini Hacıağa Əliyev də tutularaq istintaqa təqdim edilib. O, saxlanılan zaman üzərindən 50,595 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı Mahir Səmədovun Hacıağa Əliyev ilə birlikdə şəbəkə quraraq əldə etdikləri narkotik vasitənin və psixotrop maddələrin paytaxt və şəhər kənarında satışını təşkil etdikləri məlum olub. Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed