Şrift:
Rasmussenin Cənubi Qafqaza səfərinin arxasında nə durur?
10.09.2012 [12:00] - Siyasət
Politoloqlar bununla bağlı müxtəlif fikirlər irəli sürürlər



Politoloqlar NATO baş katibi Anders Foq Rasmussenin Cənubi Qafqaza səfəri ilə bağlı müxtəlif şərhlər verir. Onların fikrincə, məqsəd Alyansın bölgədə nüfuzunu artırmaq, həmçinin regionda abu-havanı öyrənməkdir.

Politoloqlar hesab edir ki, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinin məqsədi qurumun burada nüfuzunu gücləndirməkdir. Azərbaycanla münasibətlər Alyans üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mövqeyi NATO-nun tək Cənubi Qafqazda deyil, böyük bir regionda siyasətinin müəyyənləşdirilməsində böyük rol oynayır.

NATO Azərbaycan üçün əvəzedilməz tərəfdaşdır. NATO da bunu qiymətləndirir və Azərbaycanla münasibətləri bundan sonra da davam etdirəcək. Politoloq Rasim Musabəyovun sözlərinə görə, NATO baş katibinin Cənubi Qafqaza səfərində bir neçə diqqəti çəkən məqamı sadalayır.

Politoloq R. Musabəyov belə açıqlama verib ki, Rasmussen ilk olaraq İrana hücum olacağı təqdirdə Rusiyadan və Özbəkistandan NATO yüklərinin tranzitinin mümkün olmayacağını bilərək, Azərbaycanın onlar üçün əvəzolunmaz halqa olduğunu bilir və əlaqələri gücləndirmək istəyir. Digər tərəfdən, Rusiya açıqlayıb ki, əgər qərb dövlətləri Suriyaya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan girsə, Rusiya da Qafqaza girəcək və burada öz hərbi diktəsini gücləndirəcək. Bu səfər Rusiya və İrana ciddi xəbərdarlıqdır. Həmçinin, Cənibi Qafqaz ölkələri liderlərinə dəstək vermək və onları təhdid edənlərdən çəkinməmək üçün təsəlli verir.

Politoloq Araz Əlizadə isə hesab edir ki, Rasmussenin Cənubi Qafqaza səfəri heç də Rusiyanın bölgədə gücləndirmək istədiyindən qaynaqlanmır. Onun fikincə, bu səfər əvvəlcədən planlaşdırılmış səfərdir. NATO-nun baş katibi regionda abu-havanı öyrənir.

Politoloq A. Əlizadə deyir ki, Ermənistan artıq idarə olunmayan bir dövlətə çevrilib: “Macarıstanla əlaqələri kəsib, bu yaxşı hal deyil. Eyni zamanda da Macarıstan NATO-nun üzvüdür. Rasmussenin İrəvanda tələbələr qarşısında çıxış etməsi də buna hesablanıb, gənc nəsli başa salmağa çalışır”.

Politoloq həmçinin onu da bildirib ki, Ermənistanın yürütdüyü siyasət getdikcə qərbdən uzaqlaşır. Bu isə qərb dövlətlərini, eləcə də NATO-nu narahat edir.
Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed