25.11.2019 [13:06] - Diaspor
Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) bir qrup fəalı ölkəmizin Dövlət Bayrağı Gününü özünəməxsus şəkildə qeyd edib. Onlar Azərbaycanın tarixində önəmli yer tutan bu əlamətdar hadisə münasibətilə Fransanın Elzas bölgəsinin ən hündür nöqtəsində yerləşən Yuxarı Keniqsburq (Haut-Koenigsbourg) qalasına səfər ediblər. Tədbir ASEAF-ın fəal üzvləri Mehriban Ovçuyeva, Rəşid Əliyev, Şamxal Baybekov, Kamran Əsədov və Fərid Əliyevin təşkilatçılığı və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyilə gerçəkləşdirilib.v
Səfərdə Strasburq şəhərində yaşayan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər. Soydaşlarımız Azərbaycan bayrağını Keniqsburq qalasının hündür qülləsində dalğalandırıblar.
Qeyd edək ki, Strasburq şəhərinin 55 kilometrliyində yerləşən Keniqsburqun əsası XII əsrin birinci yarısında qoyulsa da, onun tikilməsinin dəqiq tarixi məlum deyil. Qalada XV-XVII əsrlərə məxsus eksponatlardan ibarət muzey fəaliyyət göstərir. Qalanı fəqrləndirən cəhətlərdən biri də divarlarının və qüllələrinin arasından Reyn vadisinə açılan gözəl mənzərədir.
DAVAM.AZ
“Avropa Bürosu”

Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |