Şrift:
Dinara Xalikova: Muzey ictimai müəssisədir və hamı üçün açıq olmalıdır
26.11.2019 [10:21] - Mədəniyyət
Belə tədbirlər cəmiyyətdə inklüziv mühitin yaradılması və ümumiyyətlə, ideyaların beynəlxalq platformada bölüşülməsi baxımından çox vacibdir. Bu sözləri “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminarda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Rusiya üzrə nümayəndəsi Dinara Xalikova deyib.
“Muzey ictimai müəssisədir və hamı üçün açıq olmalıdır. Ona görə də əlçatanlıq deyəndə hər bir ziyarətçinin ehtiyacına cavab verə biləcək bir mühiti nəzərdə tuturuq. Əgər biz əlverişli mühit yaradırıqsa, bu zaman auditoriyanın və digər mədəniyyət ocaqlarının cəlbediciliyini artırmaq barəsində düşünməliyik. Mənim məruzəm “İnklüziv muzey” layihəsi adlanır ki, bu da müxtəlif müəssisələrlə qurduğumuz əməkdaşlığın nəticəsidir. Bu müəssisələr sosial yönümlü fondlar, muzeylər və digər ictimai təşkilatlardır. Biz müxtəlif mütəxəssislərlə əməkdaşlığımızı möhkəmləndiririk ki, lazım olan şəraiti və rahatlığı yarada bilək”, - deyə D.Xalikova bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed