26.11.2019 [11:01] - Sağlıq
Noyabrın 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçiriləcək. Milli Onkologiya Mərkəzindən bildiriblər ki, konfransda Azərbaycan, Türkiyə, Rusiya Federasiyası və İngiltərədən olan mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. Beynəlxalq Onkoginekologiya Konfransı Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənir və cəmiyyətin nümayəndəsi tədbirdə iştirak edəcək. Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 10 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə etmək olar: http://mom.gov.az/?smode=register&item=666&lang=az. Konfransın qeydiyyatı Milli Onkologiya Mərkəzində saat 13:00-da başlayacaq. Tədbirdə iştirak pulsuzdur.
Ətraflı məlumat üçün: mob: +994554955569; e-mail: internationalnoc@gmail.com.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |