Şrift:
Mingəçevirdə qanunsuz şəkildə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb
26.11.2019 [11:26] - Hadisə
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Aptekə keçirilmiş baxış zamanı oradan güclü təsiredici xüsusiyyətlərə malik 77 dərman preparatı aşkarlanaraq götürülüb. Faktla bağlı Şəhər Polis Şöbəsində araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed