26.11.2019 [11:43] - Hərb
Bir qrup hərbi qulluqçu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının uşaq nevroloji sanatoriyasında və Şəki qarışıq tipli uşaq evində olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, uşaq nevroloji sanatoriyasını ziyarət çərçivəsində hərbi qulluqçular xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqların problemləri ilə maraqlanıb, onlara sovqatlar təqdim ediblər.
Şəhid Aqşin Abdullayevin valideynlərinin iştirakı ilə Şəki qarışıq tipli uşaq evində keçirilən görüşdə isə A.Abdullayev ilə eyni gündə doğulmuş uşaqlara ad günü münasibətilə diplom və hədiyyələr təqdim olunub. Tədbirlər əyləncəli proqramla başa çatıb. Bu cür tədbirlərin gələcəkdə də xüsusilə əlil uşaqların ad günləri münasibətilə təşkil ediləcəyi planlaşdırılır.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |