Şrift:
Azərbaycanda yeni xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir - VİDEO
26.11.2019 [12:15] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda cinayətkarlığın qarşısının alınması ilə bağlı vəziyyət qənaətbəxş olsa da, ölkədə xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir. Millət vəkilləri deyir ki, ölkədə istintaq orqanları ilə paralel olaraq detektiv xidməti fəaliyyat göstərə bilər. Bu həm də şəffaflığın formalaşmasına müsbət təsir edər.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Fərəc Quliyev - Milli Məclisin deputatı: "Hüquq-mühafizə orqanlarına öncədən şifariş vermək mümkün deyil. Onlar yalnız hadisə baş verəndən sonra bununla məşğul olurlar. Amma detektiv əvvəldən prfilaktik olaraq məşğul olur, yaxud da uşaqların axtarılmasında. Eyni zamanda müəyyən məhkəmə qəraralarının icrasındakı boşluqların doldurlması üçün bunlar çox vacibdir".


İllər öncə detektiv kimi fəaliyyət göstərən şəxsin sözlərinə görə, sifarişçilər çox olsa da, qanunvericilik buna imkan vermir.

Keçmiş detektiv: "10-15 il bundan qabaq bir-iki sifariş götürmüşəm. Amma indi etmək olmur, foto-video çəkilişlər qanunla qadağan edilib".

Ekspertlər deyir ki, bu məsələdə mentalitet, mənəvi dəyərlər də mütləq nəzərə alınmalıdır. Xəfiyyənin götürdüyü işdən öz mənafeyinə görə istifadə etməyəcəyinə nəzərat edilməlidir.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Vəzifə funksiyaları üst-üstə düşəcək, toqquşacaq. Burada məlumatların mübadiləsi ola bilər, şəxsi maraqları üstünlük verməklə, cinayətin izindən sapmalar ola bilər".
Teymur Baloğlanov - Kriminalist: "Bir alternativ deməzdim amma yanaki olaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti ilə həyata keçirilməsi bizim insanlarımızın müəyyən tələblərinin təmin olunması üçün yaxşı olardı".

Mövcud vəziyyətdə Azərbaycnda hüquq mühafizə orqanları hər hansısa bir cinayət işinin araşdırılması üçün vətəndaşlardan məbləğ tələb eləmir. Amma dedektiv xidməti tətbiq edildikdən sonra həmin dedektivlər yəni xəfiyyələr gördükləri işə görə, məvacib tələb edəcəklər.

Fərəc Quliyev - Milli Məclisin deputatı: "Bu məsələ sifarişçi ilə iş icra edən tərəf arasında müqavilə əsasında tənzimlənir. Və onlar müəyyən faizləri dövlət büdcəsinə ödəyir. Bu əlavə vəsaitin gəlməsi deməkdir. Bir çox dövlətlərdə bunun prkatikası var hansı formada edirlər".

Mütəxəssislər deyir ki, istinaq və zəruri araşdırmaların aparılması üçün yaxşı olar ki, detektiv kimi keçmiş və təqaüddə olan vəkillər, hüquqşünaslar, polis zabitləri çalışsın. Buna kimi isə, bir neçə məcəlləyə və qanuna dəyişiklik edilməli, detektiv fəaliyyəti ilə bağlı xüsusi qanunun qəbuluna ehtiyac var...

Milli.Az
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed