Şrift:
Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib
26.11.2019 [13:05] - Türk dünyası-Turan
Özbəkistanın qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib. Bu barədə qərar Fransanın ipəkçilik mərkəzi kimi tanınan Lionda keçirilən ipəkçilik üzrə beynəlxalq festivalda qəbul olunub. Tədbirdə ipək istehsal edən beynəlxalq şəhərlər şəbəkəsinin yaradılması haqqında deklarasiya da imzalanıb. Lion (Fransa), Valensiya və Barselona (İspaniya), Komo (İtaliya), Londrina və Kuritaba (Braziliya), Kioto və Yokohama (Yaponiya), Xancou və Nançun (Çin), Səmərqənd və Buxara (Özbəkistan), Tbilisi və Batumi (Gürcüstan) ipəkçilik şəhərləri statusu əldə ediblər. Festivalda İpəkçilik Şəhərləri Beynəlxalq Assosiasiyasının növbəti yığıncağının 2020-ci ildə Səmərqənddə keçirilməsi qərara alınıb.

DAVAM.AZ
“Daşkənd Bürosu” (Özbəkistan)
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed