27.11.2019 [06:25] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirilib.
Artıq 4-cü dəfə keçirilən “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı elmi-ifaçılıq konfransında “Dialoq. Elm. İnnovasiya” mövzusu əsas istiqamət kimi götürülüb. Budəfəki elmi-ifaçılıq konfransının əhatə dairəsi daha geniş olub, Niyazi adına 22 nömrəli, 33 və 34 nömrəli uşaq musiqi məktəbləri, 3 nömrəli onbirillik musiqi məktəbi, 38 nömrəli gözdən əlillər musiqi məktəbi F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri ilə eyni səhnəni bölüşüblər. Konfransın əvvəlində beynəlxalq və respublika müsabiqələri laureatı, vokalçı M.Tağızadə və 38 nömrəli onbirillik gözdən əlillər musiqi məktəbinin şagirdləri bəstəkarın ən gözəl əsərlərindən olan “Sevil” operasından bir neçə musiqi nümunəsini ifa ediblər.
Səhnədə bir-birinin ardınca bəstəkarın “Qurd-Ovşarı” simfonik muğamından fraqmentlər, fortepiano prelüdü, skripkaçılar ansamblının ifasında “12 miniatür” məcmuəsindən işləmələr, qarmon üçün “1001 gecə” baletinin musiqi nümunələri əsasında “Fantaziya” və bəstəkarın “Kor ərəbin mahnısı” və “Bir gül seçdim yar üçün” mahnıları təqdim olunub. Konfrans F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin böyük xorunun ifasında “Odlar ölkəsi” mahnısının sədaları ilə yekunlaşıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |