Şrift:
Əhmədinejad Suriyaya daha nəfər 150 zabit göndərdi
10.09.2012 [12:45] - Güney Azərbaycan xəbərləri
İran prezidenti Mahmud Əhmədinejadın imzaladığı sərəncama əsasən, bu ölkənin 150 zabiti Bəşər Əsədin müdafiəsi üçün Suriyaya göndərilib.

“The Daily Telegraph”xəbər verir ki, iranlı zabitlər yüz tonlarla silah-sursat, raketlə artıq Suriyaya çatıblar.

Tehran Dəməşqə belə yardımın edilməsi barədə qərarı bu ilin iyul ayında suriyalı müdafiə nazirinin terror aktı nəticəsində öldürülməsindən sonra verib.

Avqust ayında isə Suriya qiyamçıları 48 iranlı zəvvarın girov götürülməsini bəyan etmişdilər. İran rəsmiləri də bildirmişdilr ki, girovların arasında hərbi zabitləri də var, amma onlar Suriyaya, sadəcə, zəvvar kimi gediblər.

Ümumiyyətlə isə, Suriyada münaqişə başlayandan Tehran Bəşər Əsəd rejimini açıq müdafiə etdiyini gizlətməyib.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed