Şrift:
Sambo üzrə açıq Bakı çempionatının qalibləri müəyyənləşib
27.11.2019 [06:41] - İdman
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında sambo üzrə açıq paytaxt çempionatı keçirilib.
Baş İdarədən bildiriblər ki, çempionatda 102 idmançı 9 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.
Yarışda Səməd Əliyev (52 kq), Kənan Rüstəmli (57 kq), Elvin Bağırov (62 kq), Mirfəttah Seyidəliyev (68 kq), Asim Qulamzadə (74 kq), Şöhrət Lətifzadə (82 kq), Sənan Hüseynov (90 kq), Elçin Sadıqov (100 kq) və Burxan Azakov (100 kq-dan yuxarı) qızıl medal qazanıblar. İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed