27.11.2019 [08:44] - Borçalı
Bu barədə məlumat Marneuli Bələdiyyə Məclisinin rəsmi Facebook səhifəsində 22 noyabr tarixində yayımlanıb. Bələdiyyə Məclisinin iclasının gündəliyinə görə, deputatlar 9 məsələni müzakirə edəcəklər ki, bu məsələlərə də Gürcüstan Dövlət Audit Xidmətinin hesabatı, Marneuli meriyası nəzdindəki idarələrin 2019-cu il üçün 9 aylıq hesabatının dinlənilməsi, Marneuli Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin rütbələrə bölünməsi və aparatın işçi heyətinə dəyişikliyin edilməsi və s. daxildir.
Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin verdiyi məlumata görə, Bələdiyyə Məclisinin vəzifəsi yalnız gündəlikdə duran məsələlərin ictimailəşdirilməsidir. Lakin vətəndaşlar onların məzmunu ilə Bələdiyyə Məclisində iştirak edərək tanış ola bilərlər.
Gürcüstan qanunvericiliyi Bələdiyyə Məclisi Aparıtına növbəti iclasda nələrin müzakirə olunacaq məsələləri məzmun baxımından formalaşdırmaq öhdəliyi qoymur. Məhz buna görə də tez-tez hansı dəyişikliyin planlaşdırıldığı ilə bağlı anlaşılmazlıqlar yaranır. Misal üçün, Bələdiyyə Məclisinin gündəliyinə görə, 9-cu müzakirə olunacaq məsələ bələdiyyə merinin 20 noyabr 2019-cu il tarixli, 03/13141 saylı məktubudur, lakin merin məktubunun nə ilə bağlı olması barədə məlumat verilmir. Marneuli Bələdiyyə Məclisinin iclası sabah, 27 noyabr, saat 12:00-da Marneuli meriyasının binasında keçiriləcək.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |