28.11.2019 [09:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bugünlərdə “Yeni Müsavat”ın redaktoru Nazim Sabiroğlunun yazdığı “Şuşada gördüklərim-jurnalist qeydləri” adlı məqalə ölkədə rezonans doğurub. “Şuşada gördüklərim-jurnalist qeydləri”nə ciddi diqqət Azərbaycan cəmiyyətinin Qarabağ məsələsindəki mövqeyini bir daha üzə çıxardı. Sübut olundu ki, xalqımız bu işğal olunmuş torpaqlar məsələsində güzəştsizdir, birmənalı şəkildə işğal altındakı bütün rayonlarımızın, el-obalarımızın tezliklə azad olunması istəyindədir.
Məqalə ətrafında gedən müzakirələrdə bir sual da meydana çıxdı: bizə Qarabağın azadlığı üçün sülh, yoxsa hərbi yol lazımdır?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Qarabağa münasibətin dəyişilməsinə ciddi ehtiyacın olduğunu söylədi: “Prinsip etibarı ilə mənim də daxil olduğum savaş tərəfdarları demirlər ki, məsələnin dinc yolla həllini istəmirik. Bunu bizlər də çox istəyirik. Amma 25 ildir bu dinc yolla həll olunmur. Biz də məsuliyyəti öz üzərlərinə götürən beynəlxalq qurumlara bildirdik ki, Azərbaycan bu məsələni həll edirdi, siz yaxın tarixdə, yəni 2016-cı ilin aprelində baş verən savaşda ölkəmizi dayandırdınız və bildirdiniz ki, bunu dinc yolla həll edəcəyik. Azərbaycan buna razılıq verdi ki, buyurun edin. Üstündən nə qədər müddət keçib, problem həll olunmayıb. Köhnə tarixə qayıdaq. BMT-də Liviya haqqında qətnamə qəbul olundu, amma mürəkkəbi qurumamış məsələ həll olundu. Yaxud da İraq Küveytə hücum edəndə bir neçə gün ərzində işğala son qoyuldu. Bu günə qədər də İraq Küveytə təzminat ödəyir. Amma BMT-nin Azərbaycanla bağlı qətnamələri olduğu halda buna əməl olunmur. Bizim savaş tərəfdarları olaraq, münaqişənin həllini dinc yolla istəməyimiz başqa məsələdir. Görürük ki, bu mümkün deyil. Siz təsəvvür edin ki, bu günə qədər ermənilər işğal olunmuş ərazilərimizdə təkcə mədənlərdən 30 milyard dollar civarında vəsaitimizi aparıblar. Bu proses hələ də davam edir.
Fərəc Quliyev: “25 ildir bu problem dinc yolla həll olunmur”
O qədər irəli gediblər ki, 100 minlik şəhər salmaq istəyirlər. Zaman keçdikcə bunlar daha da irəli getmək istəyirlər. Ona görə bu məsələnin həll olunması çox vacibdir. Dəfələrlə parlamentdə demişəm ki, bu problemin dinc yolla həll olunması istənilirsə, bunun üçün 2-3 ay zaman verilsin. Buyursunlar, dinc yolla ərazilərimizi tərk etsinlər. Əgər getməyəcəklərsə, biz öz hüquqlarımızdan istifadə edək. Digər tərəfdən, Azərbaycan tərəfdən məsələnin həlli ilə bağlı müxtəlif addımlar atılır. Məsələn, jurnalistlərin işğal altında olan ərazilərimizə səfərlərini göstərək. Bəli, mən də bunun əleyhinə idim. Unutmayaq ki, ermənilər bizdən sərt üz görmədikcə, bu prosesi uzadacaqlar. Məsələn, görəcəklər ki, onlar Azərbaycana rahat şəkildə gedib-gəlirlər, eləcə də, əks tərəfdən bu proses baş verir. İndi erməni jurnalisti gəlib burada müharibə ritorikası görəcəkmi? Bunu, əlbəttə, görməyəcək. Əgər bizim küçələrdə Qarabağ plakatları asılsaydı, hər bir balkonda ”Qarabağ Azərbaycanındır" plakatı olsaydı, küçələrdə gənclərimiz hərbi formalarda simvolik olaraq gəzsəydilər, maykalarında Bütöv Azərbaycanın simvolları olsaydı və bunları da ermənilər görsəydilər, bu tamam başqa məsələ olardı. Mən parlamentdə, son prezident seçkiləri vaxtı bildirmişdim ki, hətta ordudan istifadə etmədən təkcə 1 milyon 200 min məcburi köçkünün arasından 10-15 minlik ordu yaratmaq olar, yəni könüllülərdən ibarət. Bu prosesin adını da “Yurda qayıdış” qoymuşdum. Bu sayda qüvvə real olaraq məsələni həll edə bilər. Hesab edirəm ki, özümüzü aldatmayaq. Çox böyük media qurumlarında Qarabağla bağlı mövzulara demək olar ki toxunulmur. Artistlərdən, ondan-bundan yazırlar. Azərbaycan telekanallarının tam əksəriyyəti Qarabağ mövzusunda fikir bildirmirlər. Parlamentdə bununla bağlı bildirmişdim ki, xüsusi olaraq, bu mövzu ilə bağlı saat ayırmaq lazımdır. Həmin saatlarda ancaq vətənpərvərlik təbliğ olunsun. Orta məktəblərdə hərbi dərslər normal səviyyədə keçirilmir. Hətta siyasi partiyalar belə bu məsələdə dişsiz siyasət yürüdürlər. Xüsusilə özünü radikal müxalifət adlandıran qurumlara səslənirəm. İndi Lalə Şövkətin bir müraciəti oldu. Hərəsi Amerika, Qərb, Rusiya qarşısında bir öhdəlik götürüb. Söz veriblər ki, biz Qarabağ məsələsinin həllinə qətiyyən toxunmayacağıq. Diqqət edin, bu mövzu ilə bağlı heç bir təklif irəli sürmürlər. Onlar çox qorxaq adamlardır. Bizim bu məsələlərə yanaşmamız köklü şəkildə dəyişməlidir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |