28.11.2019 [10:02] - İdman
Gürcüstanın başkəndi Tiflisdə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir. Çempionatda 9 ölkənin milli komandası mübarizə aparır. Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar. Yığmamız turnirdə sonuncu oyununu keçirib. Latviya komandası ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub. Millimiz çempionat çərçivəsində Ukrayna və Rusiyaya 0:3, Gürcüstana isə 1:3 hesabı ilə uduzub. Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |