Şrift:
«Şərqilik» Bayramı və Türklüyümüz
10.09.2012 [13:51] - Bildiriş
SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı

«Şərqilik» Bayramı və Türklüyümüz

İnam Atanın yaratdığı “Şərqilik” Bayramının heç bir təklifi, ideyası toplumun cari işləriylə bağlı deyil, gələcəyə hesablanıb.
“Şərqilik” Bayramı müqəddəslik çağırışıdır. O, insanlığa müqəddəslik və ruhanilik halının gətirilməsini hədəfləyir. Bayramın müqəddəslik, ruhanilik kimi hallarını İnam Ata “işıq” adlandırır. Çağdaş ənənəvi-dünyəvi fəlsəfədə bu özəlliklər qoyulmur və öyrənilmir. İdrakın vəcd və vəhy kimi mərhələləri qəbul olunmur. Asif Ata isə bu idrak yollarını idealist ruhçu fəlsəfəyə uyğun irəli sürür.
Çağımızda türkü nə qədər Batıya məxsus bir toplum kimi təqdim etsələr də, türk mahiyyətcə Doğu xalqıdır.
Türk ulusunun sevgisi, musiqisi, yaşama baxışı, ürəyi, insanların doğal haldakı davranışları “Mən Şərqəm” deyir. Ona görə də Ocağımızın “Şərqilik” Bayramı türklük yoluna çox uyğun və doğmadır.
Belə bir bayram türk xalqının nadir siması olan İnam Atayla bağlıdır. Bu bayramı Atanın Ocağı ilə bərabər yaratmaq, gündəmə gətirmək Azərbaycan ictimaiyyətinin hünəri olardı. Biz də ulus kimi öz adımızla bağlı ürəyimizdən və beynimizdən yaratdığımız ümumibəşəri bir dəyərin yiyəsi olardıq.
“Şərqilik” Bayramı Azərbaycanda aşağılardan başlayaraq yuxarıya kimi təsdiqlənərsə, xalqın və qurumların gündəminə daxil olarsa, buna yurdumuzdan dışarıdakı Doğu xalqları da diqqət yetirər. Yalnız Doğu xalqları deyil, batılılar da bunu bayram edər. Bu, bayramı keçirənlərin bacarığından, işindən, hünərindən çox asılıdır. Burada estetika, fəlsəfə işləməlidir. Həvəskarlıqla belə böyük işlər yarana bilməz.
Ocağın 4 bayramının yaşama gəlməsi, türkün adına bağlanması üçün tər tökən iş görmək gərəkdir – tərli alınlardakı qığılcımlı sevinc saçan gözlərin işığında. Onda dünyaya nə isə vermək olar.
Balaca-balaca qruplara bölünüb bir-birinin yaxasını cırmaqla tarixin arxivinə atılmaq olar, bəşərin gündəminə gəlmək olmaz!
Bu böyük hünər meydanında türk ulusumuza, aydınlarımıza uğur diləyirəm! Coşqun olasınız, müqəddəsliyə, insaniliyə can atasınız, inanasınız!
“Şərqilik” Bayramınız qutlu olsun!

7 Ata 34-cü il.
(7 sentyabr 2012).

////////////////////////////////////////////////////

“Şərqilik” Bayramı keçiriləcək

12 Ata ayı 34-cü (12 sentyabr 2012) ildə Mütləqə İnam Ocağının Ruhani Mərkəzində “Şərqilik” Bayramı keçiriləcək. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib: «Ocağın hər il keçirilən 4 Bayramı (“İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik”) insanın, xalqın, Şərqin, habelə bəşərin acınacaqlı durumdan çıxması üçün qurtuluş yolunu göstərir. Gün gələcək bu bayramlar Azərbaycanımızın hər yerində keçiriləcək. Eləcə də xalqlar bu bayramlarla yaşamlarını qura biləcəklər».
“Şərqilik” Bayramı İnam Evinin həyətində qalanmış 6 rəmzi tonqalın yörəsində Ocağın Ruhani Başçısı Safruhun uğurlama sözü ilə başlayacaq. Bayramı Ocaq Yükümlüsü İşıqlı Atalı idarə edəcək. Törəndə «Ruhanilik, Müqəddəslik nədir – Həyat səviyyəsində?», «Ata Şərqin özəlliklərini nə üçün “İşıqlar” deyə öyür?» mövzularında içsəslər olacaq, milli musiqilər səsləndiriləcək.
İstəyənlər bayrama qatıla bilərlər.
Ünvan: Keşlə qəsəbəsi, M.H.Kazımov küç., 34/1
Tel: (012) 514 62 08 (İnam Evi)
mobil: (050) 359 62 74
(İşıqlı Atalı)

(050) 515 20 76 (Yolruh Atalı)
Bu xəbər oxucular tərəfindən 1447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed