28.11.2019 [10:39] - Hadisə
Narkotik vasitə və psixotrop maddələr aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub. Vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib. Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində 1 bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə - heroin və 1 bükümdə, üzərində "F/M40" nişanəsi olan 100 ədəd metadon həbi aşkarlanıb. Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi 3 bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qram olan heroin aşkar edilib. Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram olub.
Xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
Xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |