Şrift:
Saatlıda polislər qanvermə aksiyasında iştirak ediblər
28.11.2019 [11:00] - Hərb
B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun təşəbbüsü ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları aksiyada fəallıq göstərib və xəstəlikdən əziyyət çəkən insanlara könüllü qanvermənin xeyirxah iş olduğunu bildiriblər. Onlar belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, hər kəsi qanvermədə iştiraka səsləyiblər. Aksiyada yığılan qan ehtiyatı xəstə insanların müalicəsində istifadə olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed