Şrift:
Noyabrın 30-da Cüzeppe Verdinin "Trubadur" operası oynanılacaq
29.11.2019 [08:45] - Mədəniyyət
Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. Tamaşada ilk dəfə Leonora partiyasını teatrın aparıcı solistlərindən biri, əməkdar artist İlahə Əfəndiyeva ifa edəcək. İ.Əfəndiyeva ilə yanaşı tamaşada xalq artistləri Fidan Hacıyeva (Azuçena), Əkrəm Poladov (Ferrando), əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solistlər Taleh Yahyayev (qraf di Luna), Nina Makarova (İnes) çıxış edəcəklər.
Tamaşanı teatrın baş dirijoru, əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək. Qeyd edək ki, uzun illərdən bəri teatrın repertuarında olan "Trubadur" operası operasevərlər tərəfindən hər zaman böyük maraqla qarşılanır və anşlaqla baş tutur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed