29.11.2019 [11:12] - Diaspor
Rusiyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Moskva Akademik Satira Teatrında olub. Teatrın direktoru Məmmədəli Ağayev Dövlət Komitəsinin nümayəndələrini rəhbərlik etdiyi mədəniyyət ocağında görməkdən məmnun olduğunu bildirib. Teatrın fəaliyyəti və uğurları barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin sədri Fuad Muradov 27 il bu teatra uğurla rəhbərlik etdiyi üçün həmvətənimizi təbrik edib, onun Moskvada yaşadığı 39 il ərzində Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini, bu sahədə Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsinə çalışdığını vurğulayıb.
Dövlət Komitəsinin adından Məmmədəli Ağayevə kitab və hədiyyələr təqdim olunub. Daha sonra nümayəndə heyəti teatrda tamaşaya baxıb.
Qeyd edək ki, M.Ağayev 1992-ci ildən Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
DAVAM.AZ
“Moskva Bürosu” (Rusiya Federasiyası)

Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |