Şrift:
“Vəsiyyət” tamaşasının Dərbənd premyerası
29.11.2019 [22:32] - Dərbənd
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı 2019-cu ilin repertuarında olan Zaripat Atayevin " Vəsiyyət” premyerasını noyabrın 28-də ictimaiyyətə təqdim etmişdir. Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının mədəniyyət işçisi Yaqut Xandadaşevadır.
Tamaşada əsas rollarda Dağıstan Respublikasının əməkdar artistləri Rəhilə Ömərova, Mahir Məlikov, Fürqət Aslanzadə, Dinşah Abdulqafarov, Canpolad Əmiyev, Şüküfə Məlikova, Təxminə Ömərova, Gülnarə Qarunova, Mədinə Hacıağayeva, Günel Həbibova oynamışlar. Tamaşanın baş rəssamı DR əməkdar rəssamı Dəmir İsakov, musiqi tərtibatçısı DR əməkdar artisti Sevda Bəybalaevadır.
Aktyorlar yüksək professionallıq nümayiş etmişlər. Tamaşa xoreoqrafiya və gözəl musiqilə müşayiət olunmuşdur.
Tamaşadan sonra Azərbaycan dövlət dram teatrının direktoru Firdovsi Əsgərov tamaşaçılara, qonaqlara və teatrsevənlərə minnətdarlığını bildirmişdir. O, tamaşanın quruluşçu rejissoru Yaqut Xandadaşevaya professionallığına görə minnətdarlığını bildimişdir. Həmçinin Dərbənd rayon administrasiyası başçısı vəzifəsini müvəqqəti icra edən Fuad Şıxıyev, Dərbənd şəhər başçısının müavini Vidadi Zeynalov, Dərbənd şəhər və rayon mədəniyyət şöbələrinin rəhbərləri Səmilə Nacafova, Səkinə Seyidova, Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimov, şəhər mədəniyyət şöbəsinin baş mütəxəssisi Gülpəri Mirzabalayeva Yaqut Xandadaşevanı təbrik etmiş və aktyorların oyununu yüksək qiymətləndirmişlər.
Müasir dövrə xas olan və aktuallığını itirməyən, bir ailənin məhvinə səbəb olan bütün hallar tamaşada öz əksini tapmışdır. Buna görə də tamaşa teatr sevənlər tərəfindən maraqla qarşılanmışdır.

DAVAM.AZ
“Dərbənd Bürosu” (Dağıstan)
Bu xəbər oxucular tərəfindən 30750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed