Şrift:
Yeniyetmələrin dörddəbir hissəsi smartfon asılılığından əziyyət çəkir
02.12.2019 [07:58] - Sağlıq
Müasir gənclərin dörddəbir hissəsi smartfonlardan asılılıq nümayiş etdirir. Belə ki, smartfon olmayanda onlarda psixoloji pozulma əlamətləri müşahidə olunur. Cavanlar əsəbi və həyəcanlı olurlar, ekran qarşısında keçirdikləri vaxta müstəqil nəzarət edə bilmirlər. Londondakı “Kinqz kollec” Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.
Yeniyetmələrin smartfondan nəzarətsiz istifadə etmələri onlarda qorxu və depressiya əlamətləri yaradır, yuxusuzluğa və müvəffəqiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.
“BMC Psychiatry” tibb nəşrində dərc edilmiş məruzədə alimlər ümumən 42 min yeniyetmənin iştirakı ilə keçirilmiş 41 tədqiqatın məlumatlarını təhlil ediblər. Yeniyetmələrin 23 faizində smartfondan asılılıq əlamətləri aşkar edilib. Məlum olub ki, smartfon “sevgisi” çox vaxt onların başqa məşğuliyyətlərinə ziyan vurur.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed