Şrift:
Bakıda yataqxanada yanğın baş verib
02.12.2019 [08:10] - Hadisə
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 12 m² olan bir otağın yanar konstruksiyaları, ümumi sahəsi 20 m² olan digər otağın yanar konstruksiyaları 10 m² sahədə və dəhliz 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed