Şrift:
PKK İğdırda həmvətənimizi yaraladı.
11.09.2012 [13:32] - Hadisə
Türkiyənin İğdır vilayəti ərazisində PKK terrorçularının hücumu nəticəsində bir Azərbaycan vətəndaşı yaralanıb.

Hadisə sentyabrın 10-da yerli vaxtla saat 19.20-də baş verib.


Təxminən 30 nəfərdən ibarət terrorçu qrup İğdırın Qaraqoyunlu və Aralıq qəsəbələri arasında - Daşburun kəndindən keçən yolu kəsib. Terrorçular bir yük avtomobilini (TIR) saxlayaraq ona od vurublar. Onlar yoldan keçən digər avtomobilləri də saxlamaq istəsələr də, avtomobillər sürətlə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu zaman terrorçular həmin avtomobillərə avtomat silahdan atəş açıblar. Nəticədə bir avtomobildə olan 3 nəfər – Türkiyə vətəndaşları Əli Adəm, Erol Birsən və Azərbaycan vətəndaşı Ayxan Süleymanov yaralanıb. Ə. Adəmin vəziyyətinin ağır olduğu bildirilir, E. Birsən və A. Süleymanov isə yüngül yaralar alıblar. Yaralılar İğdır Dövlət Xəstəxanasında müalicə olunur.


Terror hücumundan xəbər tutan jandarmalar dərhal hadisə yerinə gəlib. Terrorçular Ağrı vilayəti istiqamətinə qaçıblar. Jandarma əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed