02.12.2019 [08:53] - Hüquq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-“British Council”in birgə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması, onların əmək bazarına çıxışının dəstəklənməsi məsələlərinə dair seminar keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, seminarın açılışı zamanı “BP Azerbaijan” şirkətinin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı BP-nin sosial layihələrində əlilliyi olan şəxslərə dəstək göstərilməsinin əsas istiqamətlərdən olduğunu bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərin sosial müdafiəsinə, tibbi-sosial reabilitasiyasına xüsusi qayğısı həmin vətəndaşlara qayğının ildən-ilə artmasına səbəb olub. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi sahəsində tədbirlər getdikcə gücləndirilir. H.Abdullayev əlilliyi olan şəxslərin peşə reabilitasiyası istiqamətində görülən işləri qeyd edib. O, nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bu sahədə mühüm rol oynadığını, bu il nazirliyin sosial sifarişi ilə əlilliyi olan şəxslər üçün yeni peşə-sosial reabilitasiya mərkəzlərinin yaradıldığını və nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu təbəqədən olan vətəndaşların işlə təminatı və peşə hazırlığının təşkili sahələrində aparılan işləri diqqətə çatdırıb. Əlilliyi olan şəxslərin kiçik sahibkarlıq imkanlarına yiyələnməsində özünüməşğulluq proqramının əhəmiyyətini, bu ilin ötən dövründə artıq 2200-ə yaxın əlilliyi olan şəxsin həmin proqrama cəlb edildiyini, bu il daha 500 nəfər əlilliyi olan şəxsin nazirliklə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurması üçün işlər aparıldığını deyib.
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”ın əhəmiyyətindan danışan Aparat rəhbəri deyib ki, bu layihə üzrə ötən il 100 nəfər əlilliyi olan şəxsə ingilis dili, kompüter, sosial bacarıqlar və xüsusi iş sahələri üzrə təlimlər keçirilib, sonda əmək yarmarkası təşkil olunub. Bu il daha 100 nəfər əlilliyi olan şəxs həmin layihəyə cəlb olunub. “British Council”in Azərbaycan üzrə ofisinin direktor müavini Nigar Baimova qeyd edilən layihə çərçivəsində görülmüş işləri və əldə olunan nəticələri diqqətə çatdırıb. Seminarda “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”, əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması sahəsində mütərəqqi təcrübələr təqdim edilib, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı məsələləri müzakirə edilib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |