Şrift:
Marneuli meriyası təqribən 100 tələbənin yol haqqını maliyyələşdirməyi planlaşdırır
02.12.2019 [09:38] - Borçalı
“Bizim təşəbbüsümüzlə 2020-ci ildə tələblərin nəqliyyatını maliyyələşdirməyi əlavə edəcəyik. Təbii ki, bu maliyyələşdirmənin öz meyarları olacaq. Meyarlar artıq qəbul olunub və bu təqribən 5-6 meyar olacaq. Bunlar sosial müdafisəiz, çoxuşaqlı ailələr və.s olacaq”, - Marneuli meri Zaur Darğallı bələdiyyənin 2020-ci il büdcə layihəsinin müzakirəsində bildirib. 2020-ci ilin büdcə layihəsinin müzakirəsi Marneuli meriyasında baş tutub və bələdiyyə məclisinin nümayəndələri, bələdiyyənin qeyri-kommersiya və məhdud məsuliyyətli cəmiyyətlərinin əməkdaşları və QHT sektorunun nümayəndələri də müzakirədə iştirak edib.
İctimai müzakirə sual cavab rejimində baş tutub. “Marneuli” radiosunun neçə tələbənin yol haqqı maliyyələşdirəcək və onların seçilməsi hansı meyarlarla olacaq sualına mer bildirib ki, meriya hər il təqribən 100 tələbəni yol xərcini maliyyələşdirəcək.
“Təqribən minimum 100 tələbə nəzərdə tutulub və hər aylıq bizim plana görə, 50 lari yol pulu ilə dəstək göstərəcəyik. Çalışma prosesindəyik və bu məsələ üzərində çalışırıq”, - Zaur Darğallı bildirib. Marneuli merinin müsahibəsindən güman ediilir ki, 2020-ci ilin büdcəsində yol haqqının maliyyələşdirilməsi üçün 60 000 lariyə qədər məbləğ ayrılacaq.


DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed