Şrift:
ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyi Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb
11.09.2012 [16:36] - Gündəm, Hüquq
ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyi Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən verilən məlumata görə, iyulun 26-da nümayəndəliklə saziş imzalanıb və təşkilat dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, nümayəndəlik Azərbaycanda siyasi partiyalarla bağlı proqramlar həyata keçirib, həmçinin əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş olub. Ötən il martın 7-də təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbərinə ofisin bağlanması barədə xəbərdarlıq məktubu göndərilib.
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed