03.12.2019 [13:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 03.12.2019 tarixində keçirilən plenar iclasında çıxış edərək Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dərinləşməsini yüksəs qiymətləndirərək, bir daha bu münasibətlərin siyasi-hərbi müstəviyə keçməsinin vacibliyini bildirib. Millət vəkili həmin münasibətlərin tərkib hissəsi olaraq regionda təhlükəsizliyin qorunması baxımından bu iki ölkə arasında ortaq ordunun yaradılmasının artıq zamanı olduğunu bildirib və müvafiq strukturları bu istiqamətdə müzakirələr aparmağa çağırıb.
F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:
"Təşəkkür edirəm, Cənab sədr!
Hörmətli kolleqalar, biz mütəmadi olaraq Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı sənədlər qəbul edəndə hər gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin daha da dərinləşdiyini, inkişafı görürük. Cənab prezidentin Türkiyədə olan son çıxışında da bu məqamlar özünü aydın göstərdi və perespektivdə də bu cür ünsiyyətin, bu cür inteqrasiyanın dərinləşəcəyinə açıq şəkildə işarə olundu. Taleyimizin eyni olduğu, uğurlarımızın eyni olduğu bildirildi, Türkiyənin güclənməsinin məhz bizim güclənməyimiz olduğunu bildirən bu çıxış salonda alqışlarla qarşılandı. Hesab edirəm ki, biz həmişə dediyim bir məsələyə bir daha qayıtmalıyıq .Azərbaycan -Türkiyə arasındakı münasibətlər iqtisadi-mədəni müstəvidən daha çox artıq siyasi-hərbi müstəviyə də keçməkdə davam eləməlidir, daha da dərinləşməlidir. Mən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, xüsusən logistik imkanların artdığı bir zamanda - Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyə və Azərbaycanın birgə inşa etdiyi yollarla xaricə göndərilməsi təhdidlə qarşılanır.Bu yolların mütəmadi olaraq o müqavilələr bağlanan anda Ermənistan tərəfindən və bizim inkişafımızı sevməyən dövlətlər tərəfindən təhdid olunması onu özündə ehtiva edir ki, Türkiyə-Azərbaycan arasında ortaq ordu yaratmağın zamanıdır ki, bəlkə ehtiyac olarsa bu xətlərin qorunması, kommunikasiya sistemlərinin qorunması təmin olunsun. Bu bölgəni təhdid etməklə təhlükəli zona olmasını düşmən tərəf imitasiya etməklə Azərbaycanın iqtisadi inkişafına mane olmaq istəyi həmişə olub. Belə dövlətlərə cavab vermək üçün Azərbaycandan başqa, layihələrdə iştirak edən başqa dövlətin də təhdidlərdən müdafiədə iştirakını təmin eləmək üçün belə bir orduya ehtiyac vardır və bəlkə günün birində barış əməliyyatında olduğu kimi (mən barış keşməsi əməliyyatını nəzərdə tuturam-Türkiyədəki) sərhəd bölgəsindən düçmən tərəfə bir neçə 10km-lərlə içəridə təhlükəsiz zona yaratmaq lazım olacaqdı. Kəmərləri təhdid edənlərə qarşı bu davranış hər an zərurətə çevrilə bilər. Mən təmas xəttini nəzərdə tutmuram, mən sərhəd xəttini nəzərdə tuturam. Ona görə hesab edirəm ki, müvafiq strukturlar bu məsələni müzakirə eləsələr və baza hazırlasalar, həm də Türkiyə-Azərbaycan ictimaiyyəti tərəfindən də bu məsələnin müzakirə olunması işin xeyrinə olar. Bütövlükdə isə mən bu davranışları və bugünkü təsdiq edəcəyimiz sənədi də uğurlu hesab edirəm, bu çox normal bir gedişatdır.
Təşəkkür edirəm"
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |