03.12.2019 [13:43] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 03.12.2019 tarixində keçirilən plenar iclasında ikinci çıxışını edib. Kadr-informasiya bankının yaratmaqla imkansız ailələrə sosial dəstəyin verilməsi ilə bağlı konseptual təklif verən millət vəkili bildirib ki, elə ailələr var ki, ailə üzvlərindən heç kim işləmir, həmin ailələri qeydiyyata almaqla yaranmış vakant yerlərə ilk olaraq o ailələrin üzvlərindən birini yerləşdirməklə, kasıb ailələrə dövlət tərəfindən ciddi dəstək vermək olar.
F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:
"Təşəkkür edirəm, cənab sədr!
Mən bu qanuna təbii ki, səs verəcəm və son zamanlar bir çox nazirliklərin o cümlədən Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin də uğurlarını qeyd eləmək doğru olar. hesab edirəm ki ,təklif olunan dəyişikliklərdə, xüsusən elektron hökumətin imkanlarından yaxşı istifadə olunması, yeni sistemin yaradılması ilə bağlı olaraq lazımlı təkliflər vardır. Mən təklif edirəm ki, yeni reformis hökumət kasıb ailələrlə bağlı olaraq növbəti bir addımın atılması üçün mənim bir təklifimi nəzərə alsınlar. Azərbaycanda elə ailələr var ki, heç bir üzvü heç bir işlə məşğul olmur. Bu dəyişikliklər məşğulluqla bağlı olduğu üçün mən bu məsələyə toxunuram. O ailələr azda ola bilər, çox da ola bilər. Söhbət ondan gedir ki, belə ailələrin bələdiyyələr vasitəsilə qeydiyyata alınması mümkündür, bir informasiya bankı yaratmaq mümkündür. Vakant iş yerləri yarananda, iş yerləri açılanda, yeni müəssisələr açılanda ilk olaraq bu ailələrin üzvlərini işlə təmin eləmək üçün həmin banka müraciət eləmək olar ki, ən azından bir nəfər həmin ailələrdə çalışma imkanı əldə etsin. Mən belə bir bankın yaradılmasını təklif edirəm.
Təşəkkür edirəm. "
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1518 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |