Şrift:
İstanbulda Türk Şurasının üçüncü Gənclər Festivalı
03.12.2019 [20:35] - Gənclik
İstanbulda Türk Dövlətləri Əməkdaşlıq Şurasının (Türk Şurası) üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edirlər.
Festivalda türk dövlətləri gəncləri təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə həyata keçirilən gənclər siyasəti və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
Tədbirdə ölkəmizi Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Türk Şurası Gənclik Platformasının sədri Mirhəsən Seyidov festivalda “Azərbaycan Respublikasının gənclər siyasəti” mövzusunda geniş məruzə ilə çıxış edib. Tədbir dekabrın 6-dək davam edəcək.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed