03.12.2019 [21:28] - Sağlıq
Mədə soyuqlamaları bəzən çox ciddi vəziyyətə çevrilə bilər. Əgər iki gündən artıq qusma halı baş verirsə, susuzluq, ağız quruluğu,qızdırma görülürsə təcili həkimə müraciət edilməlidir. Müalicənin əsas məqsədi bol maye içməkdir. Gastroenterit üçün xüsusi müalicə üsulu yoxdur.
Məsə soyuqlaması üçün evdə bəzi müalicə üsulları tətbiq edilə bilər:
Bol maye içilməlidir – kafein tərkibli içkilərdən uzaq durulmalı, mineral sular içilməlidir. Spirtli içkilərdən qaçınılmalıdır.
Zəncəfil çayı – iltihabı azaldır, bulantının qarşısını alır. Həzmi asanlaşdırır. Mədə ağrıları, qaz və şişliklərin rahatlanmasını təmin edir. Bunun üçün 1 fincan suya 1 şirniyyat qaşığı toz zəncəfili və ya 1 çay qaşığı təzə zəncəfil kökünü əlavə edin. 5 dəqiqə qaynatdıqdan sonra 10 dəqiqə kimi dəmləyin. Mədənizi rahatlatmaq üçün gündə 2 dəfə içə bilərsiniz.
Nanə çayı – mədə problemlərinin müalicəsində qaz və şişliklərin yüngülləşməsinə yardım edir. Bunun üçün bir neçə ədəd nanə yarpağını bir stəkan su içərisində qaynadın və süzün. Mədə soyuqlaması adətən iştahı azaldır. Bir neçə gün ərzində yüngül qidalar yeyilməlidir. Bol maye qəbul edilməlidir. Lif bağırsaqları rahatladır və ishalı artırır. Yağlı qidalar ishalı şiddətləndirə bilər.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 2011 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |