11.09.2012 [16:50] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli bütün regionda müsbət iqtisadi və ictimai stimul yaradacaq. Avropa Azərbaycan Cəmiyyətindən çərşənbə axşamı Bu barədə Almaniyanın hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (CDU/CSU) parlament (Bundestaq) fraksiyasının Xarici siyasət üzrə işçi qrupunun sədri Florian Han Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökumətinin aqressiv mövqeyi barədə suala münasibətində bildirib.
"Bu yaxınlarda Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasınnı 1992-ci ildən Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar qəbul etdiyi sənəddə vurğulanır ki, tərəflər münaqişənin aradan qaldırılmasının indiyədək olan formasını ətraflı götüq-qoy etməli və münaqişənin həlli prosesinə yeni təkan verməlidirlər. Münaqişənin sülh yolu ilə həlli və münasibətlərin normallaşdırılması bütün regionda müsbət iqtisadi və ictimai stimul yaradacaq", - Han deyib.
Onun sözlərinə görə, buna görə də Ermənistanın rəsmi hakimiyyət dairələrinin Ramil Səfərovun Macarıstan tərəfindən Vətəni Azərbaycana qaytarılmasına olan reaksiyaları daha artıq narahatlıq yaradır. Qanuniliyinə heç bir şübhə olmayan bu ekstradisiyadan Ermənistan bizim Avropa partnyorumuz olan Macarıstana qarşı istifadə edir. Ermənistan tərəfindən Macarıstan hökumətinin beynəlxalq hüquq normalarına əsaslanan qanuni hərəkətinə qarşı reaksiyaların davam etməsi Cənubi Qafqazda kövrək olan atəşkəsə daha ağır zərbə vura və onun pozulmasına gətirib çıxara bilər.
"Almaniya gələcəkdə də ATƏT, NATO və Birləşmiş Millətlər Təşkilatındakı dostları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinə daha dərindən diqqət yetirəcək. Ancaq səylər Ermənistanın Macarıstanla diplomatik əlaqələrinin kəsilməsi kimi reaksiyalarla dayandırılmamalıdır. Belə hərəkət Avropa İttifaqının Ermənistanla "Şərq tərəfdaşlığı" çərçivəsində əməli dialoquna mane olur", - o bildirib.
Qeyd edək ki, hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filip Misfelder və Xristian Demokrat Partiyasından parlamentin üzvü Olav Guttinq də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistanın mövqeyinə etirazlarını bildirib, diqqəti Ermənistanın Xocalıda törətdiyi qırğınlara və 2012-ci il iyulun 19-da Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qeyri-qanuni "prezident seçkiləri"nə cəlb edib. Ramil Səfərovun ekstradisiyası isə qanunauyğun hal kimi qiymətləndirilib.

Bu xəbər oxucular tərəfindən 1431 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |