Şrift:
İran Azərbaycanı sərhədi bağlamaqla hədələyib
11.09.2012 [17:49] - Güney Azərbaycan xəbərləri
İran Azərbaycanı sərhəddi bağlamaqla hədələyib. Rəsmi Tehran Bakını Türkiyə ilə viza rejiminin ləğvindən çəkindirmək üçün xəbərdarlıq edib.

«İhlas» xəbər agentliyinin məlumatına görə, bu hədə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının Qəbələdə keçiriləcək iclası ərfəsində ortaya çıxıb. Beləki, iclsda Azərbycanın-Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsi məsələsinin müzakirəsindən son anda imtina edilib. Buna rəsmi Bakının Türkiyəyə göndərdiyi ismarıc səbəb olub. İsmarıcda bildirilib ki, Tehran Azərbaycana Türkiyə ilə vizanın qarşılıqlı ləğvi ehtimalı ilə bağlı xəbərdarlıq edib. İran tərəfi bəyan edib ki, əgər Türkiyə ilə viza rejimi ləğv edilsə, eyni addım İrana qarşı da atılmalıdır.
Bu xəbər oxucular tərəfindən 1062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed